Azərbaycan millisi ilk dəfə Latviyaya qalib gəldi

Azərbaycan millisi ilk dəfə Latviyaya qalib gəldi
İDMAN
22:55 09.06.2018
8412
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

Rəqib Latviya yığması olub. Yığmamız səfər oyununda qələbə qazanıb - 3:1. Hesabı 20-ci dəqiqədə Maksim Medvedev açıb. 57-ci dəqiqədə Cavid İmamverdiyev, 5 dəqiqə sonra Emin Mahmudov fərqlənib. Oyunun son saniyələrində isə Robert Uldriki Latviyanın təsəlli qolunu vurub.

Yığma Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununa çıxıb. Əvvəlki 5 görüşdən 2-si - Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda, Qazaxıstanla (0:3) matç isə "Astana Arena"da baş tutmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə 4-cü dəfə qarşılaşıb. Maraqlıdı ki, bu dəfə də oyun qeyri-rəsmi xarakter daşıyıb və yenə Latviyada baş tutub. Əvvəlki 3 matç Riqada keçirilib və bütün oyunlar heç-heçə nəticələnib. 1997-ci ilin avqustun 19-da və 2002-ci ilin iyulun 6-da keçirilən matçlar qolsuz bərabərliklə başa çatıb. 2004-cü ilin iyunun 6-da keçirilən qarşılaşmada 2:2 hesabı ilə yekunlaşıb. Ən maraqlı məqam odu ki, millimizin yeni baş məşqçisi Qurban Qurbanov həmin oyunda fərqlənib və bu, onun yığmada son qolu olub. Belə ki, keçmiş hücumçu 75-ci dəqiqədə penaltidən vurduğu qolla yığmamızı hesabda irəli çıxarıb. Qurban Qurbanov 68 oyunda vurduğu 14 qolla millimizin 26 illik tarixinin bombardiridi. 

Onu da qeyd edək ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü idi. 

Yoldaşlıq görüşü
5 iyun

Latviya - Azərbaycan 1:3
Qollar: Robert Uldriki, 90+3 - Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 57. Emin Mahmudov, 62.
Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra, 18. İqor Tarasov, 6. Vladislav Qabov, 2. Vitali Maksimenko, 16. Aleksanr Fertov (15. Dmitri Hmiz, 75), 8. Kristian Torres (13. Vladimir Kames, 46), 14. Yanis İkaunieks, 7. Ritvars Ruqin (21. Qleb Klyuşkin, 46// 17. Roberts Savalnikes, 89), 11. Artur Karaşauskas (9. Aleksey Vaşnakov, 69), 10. Valeri Şabala (3. Robert Uldriki, 69).
Ehtiyat oyunçular: 12. Kasper İksten, 4. Qrints Freymanis, 5. Rayvis Andris Yurkovski, 19. Vitali Yaqodinski, 22. Vitali Reçicki.
Baş məşqçi: Miksu Patelay.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev (30. Rahil Məmmədov, 46), 7. Araz Abdullayev (22. Mahir Mədətov, 72), 8. Emin Mahmudov, 9. Namik Ələskərov (17. Rəhman Hacıyev, 75), 11. Ramil Şeydayev, 15. Ruslan Abışov (6. Bədavi Hüseynov, 81), 25. Cavid İmamverdiyev (18. Coşqun Diniyev, 81), 26. Ürfan Abbasov (21. Təmkin Xəlilzadə, 66).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 28. Ufuk Budak.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Ritvars Ruqin, 30. Vladimir Kames, 65 - Cavid İmamverdiyev, 72.
Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (Belarus), Aleksandr Anufriyev (Latviya).
Riqa. "Dauqava" stadionu.
///Qaynarinfo 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı