Azərbaycan millisi tarixində 6-cı dəfə böyük hesabla qalib gəldi

İDMAN
10:52 15.08.2013
1196

Azərbaycan millisi tarixində 6-cı dəfə böyük hesabla qalib gəlib. Apasport.az saytının məlumatına görə, dünənki yoldaşlıq görüşündə maltalıların qapısından 3 cavabsız top keçirən komandamız 1 dəfə 4, 5 dəfə 3 top fərqi ilə qələbə qazanıb. Yığmamız bu darmadağınlarda quru hesablı qələbəyə sevinib. 

İlk rəsmi matçını 1992-ci ildə keçirən seçməmizin 21 illik tarixinə təsadüf edən 6 böyük hesablı qələbədən dördü Bakıda, ikisi neytral meydanlarda əldə olunub.

Komandamız son 3 darmadağınını ilyarım ərzində gerçəkləşdirib. Bu da almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırıcılıq dövrünə düşür.   

Qeyd edək ki, millimiz 3-cü dəfə Avropa təmsilçisini aşkar üstələyib. Digər 3 qarşılaşmada isə asiyalılar məğlub edilib.

Azərbaycan milli komandasının böyük hesablı qələbələri  

27.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Farer adaları – 3:0 22.03.1997. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Türkmənistan – 3:0 05.06.1999. Bakı. Avro-2000 seçmə oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0 27.02.2012. Dubay. Yoldaşlıq oyunu. Azərbaycan – Hindistan – 3:0 15.08.2012. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Bəhreyn – 3:0

14.08.2013. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Malta – 3:0

OXŞAR XƏBƏRLƏR