Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.
AZXEBER.COM komanda.az-a istinadən bildirir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin 6-cı turunda Kosovonun qonağı olacaq. Priştinadakı "Fadil Vokrri" stadionunda keçiriləcək görüş saat 23:45-də start götürəcək.
Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C Liqasına və pley-offa yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Əks halda, milli komanda Millətlər Liqası yolu ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.
Qrupun digər matçında isə Malta öz meydanında Farer adaları yığmasını qəbul edəcək.
UEFA Millətlər Liqası, 6-cı tur
20 noyabr
D Liqası, 3-cü qrup
23:45. Kosovo - Azərbaycan
Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. "Fadil Vokrri" stadionu