Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparır.Təbriz Həsənovun yetirmələri Belçika, Xorvatiya və Ukrayna seçmələri ilə qarşılaşacaq. Millimiz ilk matçını məhz qrupumuzun oyunlarına ev sahibliyi edən Xorvatiyaya qarşı keçirəcək.Rovinj şəhərindəki “Valbruna” stadionunda keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər idarə edəcək. Baş hakim isə Andris Treymanis olacaq.Qeyd edək ki, ilk oyun günündə millimizin yer aldığı qrupda Belçika da Ukrayna ilə üz-üzə gələcək.AÇ-nin seçmə mərhələsi7-ci qrup25 oktyabr18:30. Azərbaycan – XorvatiyaBaş hakim: Andris Treymanis (Latviya)Rovinj. “Valbruna” stadionu.18:30. Belçika – UkraynaBaş hakim: Petur Reynart (Farer adaları)Noviqrad. “Laçi” stadionu.