''Azərbaycan millisində yalnız Vaqif Cavadovu tanıyıram''

İDMAN
16:38 15.10.2012
1442

"Hesab edirəm ki, sabah axşamanşlaq olmayacaq. Çünki sabah Portuqaliya deyil, Azərbaycana qarşı oynayacağıq. Bununla belə,bu oyunda da azarkeş dəstəyinə ehtiyacımız olacaq".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Rusiya millisinin yarımmüdafiəçisi Denis Qluşakov deyib.

Təcrübəli futbolçu millimizləgörüşdə yalnız qələbəyə oynayacaqlarını bildirib: "Rəqibimiz sabah əsasən müdafiədə oynayacaq ki, bu da bizə çətinlik yaradacaq. Rəqibə hörmətlə yanaşırıq və sabah yalnız qələbəyə oynayacağıq. Azərbaycan millisində hansı futbolçuları tanıyıram? Prinsipdə heç birini (bir qədər sonra). Yalnız Vaqif Cavadovu. Hazırlığa gəldikdə isə oyuna yaxşı köklənmişik. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR