Azərbaycan millisinin baş məşqçisi kim olacaq?

İDMAN
13:55 13.12.2013
1257

Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisiBerti Foqtsyığmada işini davam etdirəcək.

Bu barədə Trend-ə AFFA-dakı mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, AFFA İcraiyyə Komitəsinin Foqtsun milli komandada qalması barədə qərar qəbul edəcəyi gözlənilir. Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi də müzakirə ediləcək. Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xal toplayaraq qrupda 4-cü olub.

OXŞAR XƏBƏRLƏR