Azərbaycan millisinin futbolçusu cəzalı duruma düşdü

İDMAN
19:44 21.11.2021
239
"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev cəzalı duruma düşüb.

Buna 27 yaşlı yarımmüdafiəçinin "Qəbələ"yə qarşı Premyer Liqanın XI tur matçında sarı vərəqə görməsi səbəb olub. Cari mövsümdə 4-cü dəfə rəsmi xəbərdarlıq alan Azərbaycan millisinin üzvü "Zirə" ilə XII tur görüşündə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçında hazırda ilk hissə oynanılır və hesab açılmayıb.

OXŞAR XƏBƏRLƏR