Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" futbolçusu Renat Dadaşov karyerasını yenidən İsveçrədə davam etdirə bilər.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, "Qrasshopper" klubu 23 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Sürix təmsilçisi forvardı yenidən icarəyə götürmək istəyir.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.