Azərbaycan millisinin idmançısı 100 il zəmanəti olan çarpayıda yatır

İDMAN
14:16 18.06.2013
1682

Azərbaycan millisinin ağırlıqqaldıranı Veliçko Çolakov vətəni Bolqarıstanda maraqlı etirafla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Afina Olimpiadasının bürünc medalçısı rahat yatmaq üçün çarpayı tapmaqda çətinlik çəkdiyini bildirib. 

Belə ki, 31 yaşlı idmançının hazırda 160 kq-dan yuxarıdır və bu üzdən artıq 3 çarpayını qırdığını açıqlayıb. İndi onun ailəsini növbəti yataq dəstini qırmaması narahat edir. Ancaq bu problem arxada qalacaq. Çünki 1 qızı və 1 oğlu olan Veliçko hazırda 100 illik zəmanətə malik çarpayıda yatdığını və bundan çox razı qaldığını söyləyib.

Qeyd edək ki, 198 sm boya malik Çolakovun millimizdəki taleyi hələ qaranlıq qalır. Çünki yığmamız Veliçkonun əvvəlki formasını yığana kimi xidmətində maraqlı deyil. 

OXŞAR XƏBƏRLƏR