Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur

İDMAN
16:58 16.03.2023
287
Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.

Yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.

İttihama görə, onlar "iPhone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər.
Futzalçılar malları Türkiyədə əldə ediblər, qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman gömrükçülər tərəfindən saxlanılıblar.

Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206 (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR