Azərbaycan millisinin müdafiəçisi: Əlimizə düşən şansları daha tez qola çevirə bilərdik

İDMAN
20:54 23.03.2024
197

Çoxsaylı qol imkanlarımız oldu. Düşünürəm ki, bu şansları daha tez qola çevirə bilərdik.

Bunu "Report"a Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Monqolustan matçı barədə danışarkən deyib.

"Komanda şəklində yaxşı oynadıq. Belə matçlarda çıxış etmək yığmaya əlavə güc və stimul verir. Əlimizə düşən epizodları dəyərləndirə bilsəydik, çoxlu qollar vura bilərdik. Hər bir hücum istədiyimiz kimi alınmır. Bolqarıstanla matçda da yaxşı oyun göstərərək, qələbə qazanmağa çalışacağıq".

Müdafiəçi millinin məşqçisi Arif Əsədovun rəhbərliyi altında öz performansını dəyərləndirib: "Baş məşqçi məsələsi barədə danışmaq mənim səlahiyyətimdə deyil. İstənilən baş məşqçinin rəhbərliyi altında məqsədimiz meydana çıxıb layiqli mübarizə aparmaqdır.

Arif Əsədovu çoxdandır tanıyırıq. Hər şey qaydasında gedir. Bacardığım qədər məşq edib qollar vurmağa çalışıram. Daha artığını edə bilərəm. Futbolda bəzən hücumçularla yanaşı, mən də fərqlənə bilirəm".

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub. Yığma növbəti matçını martın 25-də, saat 20:00-da Bolqarıstana qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ