Azərbaycan millisinin sabiq hücumçusu: “Baş məşqçi tərəfdən axsayırıq”

Azərbaycan millisinin sabiq hücumçusu: “Baş məşqçi tərəfdən axsayırıq”
İDMAN
19:25 17.10.2023
346
"Milli baş məşqçi tərəfdən axsayır”.

Bunu "Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev AVRO-2024-ün seçmə mərhələsində göstərilən nəticələrə münasibət bildirərkən deyib.

Keçmiş hücumçu bu dövrədə hesabına cəmi 4 xal yazdıran yığmanın potensialının bundan artıq olduğunu düşünür. Onun fikrincə, uğursuzluğun səbəbkarı baş məşqçi Canni De Byazidir:

"Millimiz bu qrupda daha çox xal toplaya bilərdi. Məsələn, Estoniyanı evdə məğlub etmək, Avstriyadan iki görüşün birində xal almaq olardı. Bunları reallaşdırmaq mümkün olsaydı, nəticəni qənaətbəxş sayardıq. Ümumiyyətlə, millidə çox yaxşı futbolçular toplaşıb. Kifayət qədər legionerimiz var ki, onların beynəlxalq təcrübələri yüksəkdir. Düzgün məşqçi seçimi olsa, bu heyətlə daha yaxşı futbol oynayar, uğurlu nəticələr göstərərik. Artıq üç ildir ki, De Byazi barədə eyni fikirlər səsləndirilir. Milli üçün futbolçu seçimindəki səhvlər, onları öz mövqelərində oynatmaması hər dəfə müzakirə olunur. Amma hələ də yığmanın "sükanı arxasındadır”.

34 yaşlı mütəxəssis ötən gün Avstriyaya evdə 0:1 hesablı məğlubiyyəti də şərh edib:
"Estoniya üzərində qələbədən sonra komandada istək artmışdı. Futbolçuların uğurlu nəticə qazanmaq istədikləri meydanda görünürdü. Əvvəlki matçlarla müqayisədə daha əzmkar çıxış edirdilər. Təəssüf ki, sonda məğlub olduq. Futbolda da ən vacibi nəticədir”.

R.Əliyev son dəqiqələrdə Toral Bayramovun qapıçı ilə təkbətək şansı qaçırdığı epizodu da dəyərləndirib:

"Çox yaxşı epizod idi. Məsafə də yaxın idi. Çərçivəyə düşə bilsəydi, qol olacaqdı. Fikrimcə, Toral həmin anda həyəcanlandı ki, bu da ona mane oldu”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyunlarını noyabrın 16-da evdə İsveç, 19-da isə səfərdə Belçikaya qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib