Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb

Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb
İDMAN
14:33 17.05.2025
602
Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mayın 9-dan Maribor şəhərində baş tutan hazırlıq prosesində komanda Sloveniya seçməsi ilə birgə məşqlər edib. Milli burada ABŞ-ın "Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesablı qələbə qazanıb.

Komanda bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Buradakı təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Millinin sözügedən ölkə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.
OXŞAR XƏBƏRLƏR