Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

İDMAN
20:54 24.12.2023
233

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan "Karayolları” komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

"Karayolları” hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı dörd xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın "Duk Qianq” komandasında çıxış edib.

OXŞAR XƏBƏRLƏR