‘Azərbaycan Misirdəki vəziyyəti diqqətlə izləməkdədir’

SİYASƏT
13:07 16.08.2013
1336

Misirdə yaşayan Azərbaycan vətəndaşlarına toqquşma baş verən ərazilərdən uzaq durmaq tövsiyə olunub

“Azərbaycan Misirdəki vəziyyəti diqqətlə izləməkdədir. Qahirədəki səfirliyimiz bu ölkədə yaşayan vətəndaşlarımızla mütəmadi əlaqə saxlayır. Çünki vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir”. Bu açıqlamanıAPA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

O bəyan edib ki, Azərbaycanın Misirdəki səfirliyi baş verən hadisələrlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza toqquşmalar baş verən ərazilərdən uzaq durmağı, artıq ölkəni tərk etmiş Azərbaycan vətəndaşlarına Misirə qayıtmaqdan çəkinməyi tövsiyə edib.

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyinin məlumatına görə, hazırda bu ölkədə 30-40 soydaşımız qalır. Onlar üçün “qaynar xətt” yaradılıb.

Qeyd edək ki, son məlumatlara görə, Misirdə baş verən son toqquşmalarda 638 nəfər ölüb, 4000-dək insan yaralanıb.

OXŞAR XƏBƏRLƏR