“Azərbaycan müharibə dövründə bizə dəstək oldu” - Video

“Azərbaycan müharibə dövründə bizə dəstək oldu” - Video
SİYASƏT
09:23 10.08.2026
170
İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib.

AZXEBER.COM xəbər verir ki, İran lideri çıxışında bu ölkələr arasında Azərbaycanın da adını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə müəyyən mərhələdə bank və yolları İran üçün bağlasa da, danışıqlardan sonra bütün bunlar bərpa edilib:

"Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə istədik, kömək etdilər, dəstək oldular”, - deyə Pezeşkian qeyd edib.

OXŞAR XƏBƏRLƏR