"Azərbaycan musiqisi satılmamalıdır" - Xalq artistindən tənqid

MAQAZİN
14:27 20.02.2025
422
"Bu gün Azərbaycan musiqisi satılır. Bir musiqi yarananda onun müqabilində qonarar istənilirsə, o Azərbaycan musiqisi deyil".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Özəl" verilişində qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva deyib.
 
Xalq artisti musiqimizin dəyərsizləşdirilməsinə irad bildirib:

"Dahi bəstəkarlarımız gecələr səhərə qədər müğənnilər üçün bəstələr yaradırdılar. Amma qarşılığında pul istəməyiblər. Evinə gedəndə əlində bir şirniyyat belə aparsan, qəbul etməzdilər. Ona görə də o vaxt musiqinin dəyəri var idi, musiqimiz yüksək səviyyədə idi. O zamanlar azərbaycan musiqisi çox yüksək səviyyədə idi. 3-5 manatın arxası üçün qaçmaq düzgün deyil. Peşəkar musiqi heyəti ilə xarici ölkələrdə konsertlərinizi verin sonrada görün nələr qazanırsınız".
 
Aysel
 
OXŞAR XƏBƏRLƏR