“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat

“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
SOSİAL
20:26 13.11.2026
75
"Dublində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Britaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sənəd iki ölkə arasında əməkdaşlığın yalnız enerji və təhlükəsizliklə məhdudlaşmadığını, daha geniş sahələri əhatə etdiyini təsdiqləyir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, noyabrın 12-də Prezident İlham Əliyev və Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış münasibətlərin davamı və inkişafıdır:

"Azərbaycan-Britaniya münasibətlərinin təməli hələ 1990-cı illərdə, Xəzərin enerji layihələri çərçivəsində qoyulub. İmzalanan yeni sənəd isə bu əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur. Bəyannamədə 1994-cü ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında sənədə, eləcə də 1998-ci ildəki Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında bəyannaməyə istinad edilməsi münasibətlərin ardıcıl xarakter daşıdığını göstərir.

Siyasi baxımdan sənədin ən mühüm məqamlarından biri dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipinin təsdiqlənməsidir. Azərbaycan uzun illərdir xarici siyasətini beynəlxalq hüququn bu prinsipləri üzərində qurur. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın həmin mövqeyi dəstəkləməsi ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Zirvəsinin əhəmiyyətinin vurğulanması da diqqət çəkən məqamlardandır:

"Britaniya burada vasitəçilik iddiası ilə çıxış etmir, mövcud sülh prosesini tanıyır və dəstəkləyir. Sənəddə ikitərəfli dialoqun əhəmiyyətinin xüsusi qeyd olunması da Azərbaycanın uzun müddətdir müdafiə etdiyi mövqeyə uyğundur. Çünki davamlı sülhün təmin olunması üçün birbaşa danışıqlar və qarşılıqlı razılaşma əsas şərtlərdəndir.

Bəyannamənin müdafiə və təhlükəsizlik bölməsi də mühüm əhəmiyyət daşıyır. Tərəflər birgə hərbi təlimlərin keçirilməsi, potensialın artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsini nəzərdə tuturlar. Bu istiqamətlər iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələrin inkişafına zəmin yarada bilər”.

Deputat vurğulayıb ki, sənədin ən geniş istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır:

"Burada xüsusilə enerji, nəqliyyat və maliyyə sahələri ön plana çıxır. Azərbaycan uzun illər Böyük Britaniya ilə neft-qaz sektorunda uğurlu əməkdaşlıq edib. Yeni mərhələdə isə bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar əsas istiqamətlərə çevrilir. Bu əməkdaşlıq Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi və yaşıl enerji potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir.

Nəqliyyat sahəsində Orta Dəhlizin inkişafına dəstək də xüsusi qeyd olunmalıdır. Beynəlxalq daşımaların alternativ marşrutlara yönəldiyi indiki dövrdə Xəzər və Cənubi Qafqaz üzərindən keçən nəqliyyat yollarının əhəmiyyəti artır. Azərbaycan isə bu marşrutun əsas iştirakçılarından biridir. Britaniyanın Orta Dəhlizin inkişafına dəstək verməsi ölkəmizin tranzit imkanlarının genişlənməsinə töhfə verə bilər.

Maliyyə sahəsində kiçik və orta sahibkarlığın inkişafı, ticarətin maliyyələşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan Londonun maliyyə sektorundakı təcrübəsindən yararlanmaq Azərbaycan üçün əlavə imkanlar yarada bilər”.

Naqif Həmzəyev əlavə edib ki, sənəddə təhsil, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq da uzunmüddətli perspektiv baxımından əhəmiyyətlidir:

"Ali və peşə təhsili, rəqəmsal bacarıqlar, süni intellekt, həyat elmləri və dövlət qulluqçularının təlimi kimi istiqamətlərin bəyannaməyə daxil edilməsi tərəflərin münasibətləri daha geniş müstəviyə daşımaq niyyətini göstərir. Britaniya universitetləri Azərbaycan gəncləri üçün ənənəvi olaraq cəlbedici təhsil məkanlarından biridir. Yeni əməkdaşlıq çərçivəsi bu əlaqələrin daha sistemli şəkildə inkişafına imkan yarada bilər.

Bununla yanaşı, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki imzalanan sənədlərin real nəticə verməsi onların icra mexanizmlərindən asılıdır. Komissiyanın üzərinə düşən vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulan layihələrin praktik nəticəyə çevrilməsində mühüm rol oynayacaq”.

Deputatın fikrincə, Dublində imzalanan bəyannamə Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarını şaxələndirmək siyasətinin və Böyük Britaniyanın regionda əməkdaşlıq imkanlarını genişləndirmək marağının göstəricisidir:

"Bu sənədin əsas əhəmiyyəti Azərbaycan-Britaniya münasibətlərinə yeni siyasi və iqtisadi çərçivə qazandırmasıdır. Artıq əməkdaşlıq yalnız ənənəvi enerji layihələri ilə məhdudlaşmır, təhlükəsizlikdən nəqliyyata, maliyyədən təhsilə və müasir texnologiyalara qədər geniş sahələri əhatə edir. Əsas məsələ bundan sonra əldə olunan razılaşmaların konkret layihələrə və real nəticələrə çevrilməsidir”, – deyə deputat bildirib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
20:47 13.11.2026
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
20:37 13.11.2026
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
20:32 13.11.2026
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
20:26 13.11.2026
“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
20:19 13.11.2026
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
20:12 13.11.2026
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
Azərbaycan "TotalEnergies" ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:06 13.11.2026
Azərbaycan "TotalEnergies" ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
20:01 13.11.2026
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Azərbaycanda işsizlərin sayı açıqlandı
19:40 13.11.2026
Azərbaycanda işsizlərin sayı açıqlandı
Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb
19:27 13.11.2026
Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb
Azercell və AKM “FireWall 2026” hakatonuna start verir
19:15 13.11.2026
Azercell və AKM “FireWall 2026” hakatonuna start verir
Merts ABŞ-ni Ukrayna üzrə danışıqlarda "sürprizlərə" yol verməməyə çağırıb
18:59 13.11.2026
Merts ABŞ-ni Ukrayna üzrə danışıqlarda "sürprizlərə" yol verməməyə çağırıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
18:46 13.11.2026
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib
18:39 13.11.2026
CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib
Poçettino “Mançester Yunayted”in baş məşqçisi təyin olunub
18:29 13.11.2026
Poçettino “Mançester Yunayted”in baş məşqçisi təyin olunub
Kreml: Ukrayna ilə danışıqlar tezliklə keçirilə bilər
18:11 13.11.2026
Kreml: Ukrayna ilə danışıqlar tezliklə keçirilə bilər