​Azərbaycan nefti cüzi bahalaşıb

İQTİSADİYYAT
12:00 19.03.2016
1760

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,19 dollar, yaxud 0,45% bahalaşıb.

AZXEBER.COM xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,82 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR