Azərbaycan nefti yenidən bahalaşdı - 100 dollara yaxınlaşır

Azərbaycan nefti yenidən bahalaşdı - 100 dollara yaxınlaşır
SOSİAL
09:50 12.03.2026
227
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,09 ABŞ dollar artıb.

AZXEBER.COM xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,09 ABŞ dolları və ya 5,6 % artaraq 95,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
OXŞAR XƏBƏRLƏR