Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 2,08 ABŞ dolları və ya 1,63% artaraq 130,02 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.