Azərbaycan - Norveç matçı hansı kanallarda canlı yayımlanacaq?

Azərbaycan - Norveç matçı hansı kanallarda canlı yayımlanacaq?
İDMAN
13:26 08.10.2016
1832
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində futbol üzrə millimiz qrupda ikinci oyununu Norveçə qarşı doğma meydanda keçirəcək.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma tək ölkəmizdə yayımlanmayacaq. Millimizin seçmə mərhələdəki görüşü "İctimai” kanaldan (İTV) canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. İTV ilə yanaşı, millimizin oyununu Rusiyanın "Matç! Futbol 2” kanalı da yayımlayacaq. Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması oktyabrın 8-i saat 20:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR