Azərbaycan növbəti dəfə BMT-də Ermənistanın yalan və böhtanlarını ifşa edib - FOTO

Azərbaycan növbəti dəfə BMT-də Ermənistanın yalan və böhtanlarını ifşa edib - FOTO
SOSİAL
10:40 21.04.2023
137

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

"Report”un ABŞ bürosu xəbər verir ki, Yaşar Əliyevin baş katibə məktubunda silahlı münaqişənin qarşısının alınması, sülh quruculuğu və sülhün qorunması, irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması və s. mövzular əhatə olunub.

Səfir bildirib ki, Ermənistanın daimi nümayəndəsinin BMT-yə ünvanladığı 10 mart 2023-cü il tarixli məktubunda yer alan qüsurlu və yalan iddialar bu ölkədə nifrət, dözümsüzlük, yalanın nə dərəcədə üstünlük təşkil etdiyini ortaya qoyur və bu yanaşma regional sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükədir.

Bununla yanaşı, məktubda qeyd olunub ki, Ermənistan rəsmiləri Qərbi Azərbaycan İcmasının azərbaycanlıların Ermənistandakı tarixi vətənlərinə təhlükəsiz şəkildə qayıtmaları üçün müraciətini açıq şəkildə yanlış şərh edib. Əslində, müraciət Ermənistandan qovulmuş və geri qayıtmasına icazə verilməyən yüz minlərlə azərbaycanlının hüquqlarından bəhs edir.

Y.Əliyev məktubda Ermənistan ərazisində azərbaycanlılara aid tarixi izlərin silinməsi və etnik təmizləmə siyasətindən də bəhs edib:

"Azərbaycanlıların fiziki izləri məhv edilib, azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb. Ermənistanın paytaxtı İrəvandakı Dəmirbulaq məscidi 1990-cı ildə buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə ermənilərə yaşayış evləri tikmək üçün bir neçə mərhələdə dağıdılıb”.

Sənəddə qeyd olunur ki, Ermənistanın Azərbaycandakı erməni icmalarının tarixi, mədəni və dini irsinin yerlə bir edilməsi ilə bağlı iddiaları tamamilə yalandır. Bunun sübutu olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən müqəddəs Qriqori İlluminator erməni kilsəsini xatırlatmaq kifayətdir. Azərbaycan hökuməti 1860-cı illərdə tikilmiş kilsəni ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edib.

Məktubda Ermənistan hökumətinin azərbaycanlılara qarşı apardığı irqçi ideologiyanın bu günə qədər davam etdiyi qeyd olunur. Ölkədə etnik təmizləməyə görə məsuliyyət daşıyan hərbi cinayətkarın abidələri ucaldılır, Azərbaycana və azərbaycanlılara qarşı irqi nifrəti təbliğ edən təşkilatlar fəaliyyət göstərir.

Y.Əliyev Ermənistanın hələ də Azərbaycanın sərhədyanı kəndlərini işğal altında saxlamaqda davam edərək ərazi iddiası irəli sürdüyünü vurğulayıb:

"Azərbaycandakı yaşayış məntəqələri saxta adlarla qeyd edilərək ölkəmin işğaldan azad edilmiş suveren ərazilərinə "hazırda Azərbaycanın nəzarəti altındadır” və ya "işğal olunmuş” kimi istinad edilir. Məlum olduğu kimi, 2020-ci ilin payızında 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistana beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət və qarşılıqlı tanınma əsasında dövlətlərarası münasibətlərin normallaşdırılmasını təklif edən Azərbaycan olub. Bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənib.

Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan region məqsədlərinə tam sadiq qalır və bölgədə münaqişədən sonra sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək”.

 

 


 


 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu