Azərbaycan növbəti dəfə Ermənistana xəbərdarlıq etdi

Azərbaycan növbəti dəfə Ermənistana xəbərdarlıq etdi
SİYASƏT
22:52 25.01.2023
558
"Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur.

Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı ilə bağlı yayılan bəyanatda deyilir.

Qeyd olunub ki, Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın "eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır:

"Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın "vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur".

Məlumatda deyilir ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq