Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirib

İQTİSADİYYAT
11:13 05.09.2017
1064
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
 
Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin avqust ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 734,8 min barrel olub. Bunun 704 min barrelini xam neft, 30,8 min barrelini kondensat təşkil edib. Gündəlik 617,6 min barrel xam neft, 30,8 min barrel kondensat, 6,6 min barrel isə neft məhsulları ixrac edilib.
 
"Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib", - deyə açıqlamada vurğulanıb.
 
Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda isə 796,7 min barrel olub. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
 
25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.
 
apa.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA