Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonundan keçən hissəsində nəzarət -buraxılış məntəqəsi quraşdırılıb.
AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Ermənistan KİV-ə istinadən bu barədə məlumat verib.
Hərbi ekspert bildirib ki, nəzarət-buraxılış məntəqəsi həmin ərazinin yaxınlığında mövcud olan və ermənilər tərəfindən quraşdırılan buraxılış məntəqəsi ilə rus sülhməramlı kontingentinin buraxılış məntəqəsinin arasında yerləşir.
Onun sözlərinə görə baş verən proseslər onu göstərir ki, ərazidəki ümumi vəziyyətə nəzarət Azərbaycanın tərəfindədir.
Bununla da Ermənistan tərəfindən Qarabağa silah-sursat daşınmasının qarşısı alınacaq.
Ədalət Verdiyev onuda vurğulayıb ki, mənəvi-psixoloji, hərbi-siyasi və diplomatik üstünlüklər getdikcə Azərbaycana daha çox nailiyyətlər əldə etməyə imkan verir.