Azərbaycan Ordusunda “Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib

Azərbaycan Ordusunda “Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib
SOSİAL
10:50 23.08.2024
108
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının "Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər:

"Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər".
 


OXŞAR XƏBƏRLƏR