"Azərbaycan Ordusunun Ağdərədə erməni traktor sürücüsünü öldürməsi barədə məlumat yalandır"

"Azərbaycan Ordusunun Ağdərədə erməni traktor sürücüsünü öldürməsi barədə məlumat yalandır"
Siyasət
17:11 09.10.2021
864
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ağdərə və Arazdəyən istiqamətində atəşkəsi pozması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.
OXŞAR XƏBƏRLƏR