Azərbaycan ordusunun əsgəri bıçaqlandı

DÜNYA
11:50 29.03.2013
2060

Vəziyyəti ağır olan xəstə Bakıya göndərilib.

Dövlət Sərhəd Xidmətinin əsgəri bıçaqlanıb. Əsgərin Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinə çatdırıldığı bildirilir. ANS PRESS-in məlumatına görə, Diaqnostika Mərkəzindən faktı təsdiqləyiblər. Əvvəlcə onun əsgər yoldaşları tərəfindən bıçaqlandığı bildirilsə də, Cəlilabad Müalicə və Diaqnostika Mərkəzindən əsgərin sərhəddi keçmək istəyən narkotika daşıyıcılarıyla əlbəyaxa olduğu zaman yaralandığı bildirilib. Hərbçi Gədəbəy rayonu Zamanlı kənd sakini, 1994-cü il təvəllüdlü Surət Məmmədovdur. Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin həkimi Şəmsəddin Bünyadovun verdiyi məlumata görə, cərrahlar hərbiçinin döş qəfəsini açıblar və qarın boşluğundan qan gəldiyini görüb, bağlayıblar. Xəstə Bakıya göndərilib. Ona qarın və döş boşluğunu dəlib keçən iti alət yarası diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR