Azərbaycan Ordusunun hərbçisi su kanalında boğuldu

Azərbaycan Ordusunun hərbçisi su kanalında boğuldu
SOSİAL
16:41 27.05.2024
317
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Müdafiə Nazirliyindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR