Azərbaycan Ordusunun Laçındakı mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun Laçındakı mövqeləri atəşə tutuldu
SİYASƏT
21:20 06.09.2023
269
Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bizim Telegram kanalımıza abunə olun
OXŞAR XƏBƏRLƏR