Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutuldu

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutuldu
SİYASƏT
13:50 12.09.2023
237
Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
OXŞAR XƏBƏRLƏR