Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO

Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
SOSİAL
12:28 19.08.2022
1053
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

Hadisə İsmayıllı rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.
 
15.04
 
"Bu gün mətbuatda polkovnik-leytenant Seymur Ənvər oğlu Zülfüqarovun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb".

Müdafiə Nazirliyindən AZXEBER.COM-a bildiriblər ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.

Allah rəhmət eləsin!
 

 

 

 



OXŞAR XƏBƏRLƏR