Azərbaycan Ordusunun tağım komandiri vəfat etdi

Azərbaycan Ordusunun tağım komandiri vəfat etdi
SOSİAL
20:45 27.01.2022
322
Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa Rayon Prokurorluğunda araşdırma aparılır.

Respublika Baş Prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.

OXŞAR XƏBƏRLƏR