Azərbaycan Ordusunun zabiti dünyasını dəyişdi

DÜNYA
17:34 14.06.2012
2309

Azxeber.com-un verdiyi məlumata görə, İ. Verdiyev Silahlı Qüvvələrin Mərkəzi Kliniki Hospitalına dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Verdiyev iyunun 9-dan 10-na keçən gecə Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində minaya düşüb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ. Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. Ağır yara alan zabitin sağ qolu amputasiya olunmuşdu.

OXŞAR XƏBƏRLƏR