Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 2 dəqiqə 36 saniyə göstərici ilə qrupda birinci olub. Digər qrupun idmançıları da yarışdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşib. Bu idmançılar arasında Azərbaycan üzgüçüsü Natali Pronina da olub.