"Azərbaycan Parlamenti ölkəmizin inkişafı yolunda uğurla fəaliyyətini davam etdirir"

"Azərbaycan Parlamenti ölkəmizin inkişafı yolunda uğurla fəaliyyətini davam etdirir"
Siyasət
21:31 09.02.2021
544
2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən bir il ötür.

AZXEBER.COM-a açıqlama verən millət vəkili Naqif Həmzəyev parlament seçkilərindən bir il ötməsini belə dəyərləndirdi:
 
"Ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis fəaliyyətini əvvəlki dövrlərdə formalaşmış parlamentarizm ənənələri üzərində qurub, ali qanunvericilik orqanı kimi üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirib.

Milli qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı tarixi yolu bu gün uğurla davam etdirən Azərbaycan Parlamenti ölkəmizin tərəqqisini, vətəndaşların rifahının yüksəldilməsini diqqət mərkəzində saxlayıb, ölkədə və dünyada baş verən proseslərə uyğun olaraq qanunlar qəbul edib.

Dövrün, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurumun dövlətimizin strateji xəttilə bağlı bütün məsələlərdə Prezident İlham Əliyevin proqram xarakterli tövsiyələrini əsas götürüb. İnsan amilinə söykənən dövlət siyasəti, əhalinin sosial rifahı ölkənin qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanının qanunvericilikdə diqqət mərkəzində saxladığı məsələlərin önündə gəlib.

Dünyanın başı üzərinə qara bulud kimi çökən koronavirus pandemiyası dövründə də, Azərbaycanın 44 günlük haqq savaşında da Milli Məclisin fəaliyyəti ilk növbədə insanların təhlükəsiz, əmin-amanlıq şəraitində demokratik, azad həyat tərzinin təmin olunmasına yönəldildi.

Xalqımızın suveren iradəsini ifadə edən Azərbaycan Parlamenti zamanın tələbinə uyğun qərarlara imza ataraq ölkəmizin tərəqqisi, inkişafı yolunda uğurla fəaliyyətini davam etdirir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"