Azərbaycan Pediatriya Cəmiyyətindən beynəlxalq uğur! - FOTOLAR

Azərbaycan Pediatriya Cəmiyyətindən beynəlxalq uğur! - FOTOLAR
SOSİAL
20:19 14.05.2025
606
Azərbaycan Pediatriya Cəmiyyətinin nümayəndə heyəti Beynəlxalq Pediatriya Assosiasiyasının 31-ci Konqresində iştirak edib.

AZXEBER.COM xəbər verir ki, 8-11 may 2025-ci il tarixlərində Meksikanın Mexiko şəhərində keçirilən Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) 31-ci Konqresində Azərbaycan Pediatriya Cəmiyyətinin nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev və sədr müavini Erkin Rəhimov ölkəmizi təmsil ediblər.

Konqres çərçivəsində keçirilən səsvermə zamanı Azərbaycan üçün əlamətdar hadisə baş verib. Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini Erkin Rəhimov səs çoxluğu ilə Mərkəzi Asiyanı təmsil etmək üçün Daimi Komitəyə (Standing Committee) təkrar üzv seçilib. Bu mühüm uğur Azərbaycan pediatriyasının beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin qlobal pediatriya sahəsində söz sahibinə çevrildiyini nümayiş etdirir.

Azərbaycan Pediatriya Cəmiyyəti olaraq bu nailiyyətlə fəxr edirik və gələcəkdə də ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyə davam edəcəyik.

 

 


 


OXŞAR XƏBƏRLƏR