“Azərbaycan peyk vasitəsilə atəşlərin trayektoriyasını müəyyənləşdirəcək”

“Azərbaycan peyk vasitəsilə atəşlərin trayektoriyasını müəyyənləşdirəcək”
Siyasət
13:57 04.10.2020
1567
"Azərbaycana atılan raket atəşləri işğal altında olan torpaqlardan yox, Ermənistan ərazisindən atılır”. 

AZXEBER.COM xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, Ermənistanın Vardenis şəhəri yaxınlığındakı bazadan Azərbaycana atəşlər atılıb: "Azərbaycan peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdıracaq”.
OXŞAR XƏBƏRLƏR