Azərbaycan polisi 16 il axtarışda olan şəxsi tutdu

Azərbaycan polisi 16 il axtarışda olan şəxsi tutdu
KRİMİNAL
10:31 09.09.2019
4024
Cəlilabad rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 il axtarışda olan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.
 
H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.
OXŞAR XƏBƏRLƏR