"Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbə deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır"

"Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbə deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır"
SOSİAL
15:31 27.10.2020
740

"Bu gün Azərbaycan polisinin misilsiz xidmətlərinin şahidi oluruq”.

AZXEBER.COM-un məlumatına görə, bunu İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.

Ramiz Alıyev deyib ki, polis əməkdaşları bir neçə vəzifənin icrasını peşəkarcasına və uğurla yerinə yetirməklə, dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edirlər: "Bildiyiniz kimi, müharibə şəraitinə uyğun olaraq hal-hazırda ölkəmizdə komendant rejimi tətbiq olunmaqdadır və komendant saatı mövcuddur. Cənab Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə üzrə komendant Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyin olunub. Dövlətimizin belə bir məsuliyyətli anında, Milli Ordumuzun və şəxsən cənab Prezident İlham Əliyevin sərkərdə olaraq tarix yazdığı bir dövrdə ölkə ərazisində mütləq şəkildə sabitlik hökm sürməli, düşmənlərimiz tərəfindən törədilə biləcək terror hadisələrinin qarşısı peşəkarcasına alınmalıdır. Bəli, bu gün Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusən də polis əməkdaşlarının üzərinə çox böyük yük düşür. Bu, cəbhədə döyüşən əsgərləmizin orada tam əminliklə düşmənə qalib gəlməsinə səbəb olacaq qədər böyük yükdür.

Xatırlayırsınızsa, 90-cı illərin əvvəllərində torpaqlarımız işğal olunan zaman ölkədə necə anarxiya, özbaşınalıq ictimai asayişin qeyri-sabitliyi hökm sürürdü. Daxildə olan o cür özbaşınalıqlara görə cəbhədə əsgərlərimiz düşmənə lazımı cavabı verə bilmiridi. Ancaq bu gün cənab Ali Baş Komandanımızın uzaqgörən siyasəti ilə ölkənin təhlükəsizliyi, daxili sabitliyi təmin edə biləcək, terrorla kəskin mübarizə aparmağa qadir olan, peşəkar və etibarlı insanlara, ən əsası milli insanlara, vətənini, dövlətini sevən generallara həvalə olunub. Baxın, budur cənab Prezident İlham Əliyevin dahiliyi, budur onun liderlik qabliyyəti".

Ramiz Alıyevin sözlərinə görə Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbələrini deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır: "Belə ki, həm ölkəmizdə ictimai asayişin qorunması, yollarda və ərazilərdə insanların maneəsiz, təhlükəsiz hərəkətinin təmin olunması, cinayətkarlıqla mübarizənin aparılması, insanların sağlamlığının qorunması üçün COVİD 19 pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzlərində, ictimai nəqliyyatda polis reydlərinin keçirilməsi, ölkə ərazisində terrorizmlə uğurlu mübarizə mexanizminin tətbiq edilməsi, komendant rejiminin idarə olunması və s. kimi fəaliyyətləri ilə Azərbaycan polisi bu gün cənab Prezidentin etimadını ən yüksək formada doğruldaraq bir tarix yazır!

Bütün bunlarla yanaşı olaraq bu gün DİN-nin ayrılmaz struktur bölməsi olan Daxili Qoşunların bir qrup əsgər və zabit heyəti Ali Baş Komandanın əmri ilə cəbhədə torpaqlarımızın düşməndən təmizlənmənməsi üçün həyata keçirilən əks-hücum əməliyyatında uğurla iştirak edirək düşmənə sarsıdıcı zərbələr vurur. Bütün bunları nəzərə alaraq hər bir vətəndaşımız həm pandemiya ilə mübarizəyə, həm də komendat saatının tətbiqinə anlayışla yanaşmalı, qoyulan qaydalara hörmət edərək dövlətimizin və aidiyyəti orqanların işini çətinləşdirməməlidir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR