Azərbaycan polisindən yeni əməliyyat – 40-a yaxın saxlanılan var

Azərbaycan polisindən yeni əməliyyat – 40-a yaxın saxlanılan var
SOSİAL
13:25 04.10.2018
3653
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 92 cinayət faktından 12-nin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR