"Çox maraqlı bir tarixi dövr yaşayırıq. Belə ki, mütəxəssislər diqqətlə araşdırsalar görərlər ki, bütün dövrlərdə Azərbaycan polisi dövlətin aliliyini qoruyub. Bu məqsədlə hüquq-mühafizə orqanları ölkəmizdə olan "5-ci kalon”nun təmsilçilərini və ya onların yaxınlarını qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edəndə, dərhal həmin "5-ci kalon” təmsilçiləri hərəkətə keçərək polisi təxribata sürükləməyə çalışırlar”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə apararkən müşahidə edə bilərik ki, ölkəmiz yaşamaq üçün necə sabit və təhlükəsiz ölkədir. Ona görə ki, Azərbaycanda ictimai asayişin qorunması birbaşa ölkə başçısının nəzarətindədir və ictimai asayişin sabit olmasına qarant cənab Prezidentdir. Bəs bu ictimai asayişin pozulmasına, vətəndaşlarımızın qorxu içində yaşamasına, polisə olan inamın məhv olmasına çalışanlar kimlərdir?”.
Ramiz Alıyevin fikrinci ictimai asayişin pozulmasına çalışanlar "5-ci kalon” və onun əlaltılarıdır: "Bütün dövrlərdə biz müşahidə edirik ki, həmin şəbəkənin müəyyən üzvləri ifşa olunanda və onları qanun qarşısında cavab verməyə dəvət edəndə, Azərbaycan dövlətinə və dövlətimizin müstəqilliyini qoruyan polis əməkdaşlarına qarşı planlaşdırılmış formada hərəkətə keçib istər sosial şəbəkələrdə, istərsə də ictimai yerlərdə qarayxama kampaniyası aparırlar. Ancaq təəssüflər olsun ki, bizim vətəndaşlarlarımızın böyük əksəriyyəti bu cür təşkilatlanmış şəbəkə üzvlərinin əsil maraqlarının nədən ibarət olmasını görə bilmirlər. Bəli, bu gün ölkəmizdə "5-ci kalon” üzvlərinin və onların xəyanətinə köməkçi olanların məsuliyyətə cəlb olunması prosesi davam etməlidir, dövlətimizə qarşı kimlərin hansı formada xəyanət etməsindən asılı olmayaq məsuliyyətə cəlb olunmalıdır!
Bugünlərdə 3-4 nəfər TIR sürücüsünün etmiş olduğu qanun pozuntularına görə polis idarəsinə aparılması və orada onlara qanunlarımızın başa salınmasından şou düzəldən və ya düzəltdirən "şəbəkə” üzvləri düşünməsin ki, Azərbaycan xalqı və dövlətimiz onların əməllərindən xəbərsizdir! Bu adamların "uşaqlıq” etdiyi xüsusi xidmət orqanlarının dövlətlərində qanunsuz aksiya keçirənlərin üzərinə atları sürür, itlərlə qorxuzur, rezin dəyənəklərlə döyür sonra da polis idarələrinə apararaq ağır cəzalar verirlər”.
"5-ci kalon” və onun nümayəndələri etmiş olduqları xəyanətlərə görə xalqımız və dövlətimiz tərəfindən lazımı cavabları alacaqlar”.