Oyun martın 26-da olacaq
Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun başlanma vaxtı və stadionu müəyyənləşib. AFFA-dan verilən məlumata görə, millimiz Portuqaliya yığması ilə gələn il martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Matç saat 21:00-da baş tutacaq.