Azərbaycan Premyer Liqası: Autsayderlər üz-üzə

İDMAN
15:20 25.03.2012
1322

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına yekun vurulur. AZXEBER.COM-un Azerisport.az-a istinadən xəbər verir ki, hesabat turunun son oyun günündə iki görüş keçiriləcək.

Ötən tur sonuncu pilləyə düşən "Sumqayıt" "Simurq"la ev oyununda nəhayət məğlubiyyət seriyasına son qoymağa çalışacaq. "Turan" isə "Rəvan"la ev oyununda növbəti xal və ya xallarını qazanmağa çalışacaq.

Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən “Sumqayıt” - “Simurq” oyunu artıq başladı. Tovuzun şəhər stadionunda keçiriləcək "Turan" - "Rəvan" oyunu isə 15:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR