Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

İDMAN
21:24 01.06.2020
712
Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

OXŞAR XƏBƏRLƏR