Azərbaycan prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etdi

SİYASƏT
16:02 03.03.2014
958
Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZXEEBR.COM-un məlumatına görə, görüşdə Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, bu görüşlərin Azərbaycanla Amerika Birləşmiş Ştatları və Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə həmçinin Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
D.Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb.

OXŞAR XƏBƏRLƏR