Azərbaycan Prezidenti: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”

Azərbaycan Prezidenti: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”
SİYASƏT
16:09 29.09.2023
1112
"Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik”.
 
AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

"Dini, təhsil, mədəni, bələdiyyə hüquqları (Qarabağ ermənilərinin - red.) - bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR