Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir

Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir
SİYASƏT
13:19 01.12.2023
363
Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşıladılar.

Əvvəlcə birgə foto çəkdirildi. 
 
10.59
 
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-un Dubaya ezam olunmuş müxbiri xəbər verir.
OXŞAR XƏBƏRLƏR