Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
SİYASƏT
19:49 09.03.2026
491
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR